07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Komitə beynəlxalq təşkilatlara müraciət edib
Tarix: 27-02-2017 13:04 | Bölmə: Xəbərlər


İşgəncələrə Qarşı Azərbaycan Komitəsi başda komitənin sədri Elşad Həmidov olmaqla, Xocalı faciəsini yad etmək üçün "Ana fəryadı” abidəsini ziyarət ediblər.

Komitədən Reyting.az-a verilən məlumata görə, tədbirdə komitənin sədri Elşad Həmidov, komitənin mətbuat katibi Telman Mirzəyev, komitənin sədr müavini Bəhmən İmanov, Cənub bölgə rəhbəri Ağakərim Əzimov, baş ekspert Tariyel Quliyev, qrup rəhbəri İqbal Mirzəyev, regional bölgə rəhbəri Rayət Sadıqov, ekspert Ələkbər Quliyev, ekspert Azad Atayev, regional bölmə rəhbəri Nofəl Kazımov, qrup rəhbəri Rafael Quliyev, qrup rəhbəri Yusif Hüseynov və digərləri iştirak ediblər.

Elşad Həmidov və komitə üzvləri "Ana fəryadı” abidəsinin önünə təzə tər çiçəklər qoyub, Xocalı faciəsində canlarından keçmiş şəhidlərimizi yad edərək, ruhlarına dualar oxuyublar.

"Ana fəryadı” abidəsini ziyarət etdikdən sonra Komitəsinin kollektivi Xocalı şəhidlərini bir daha anmaq üçün geniş tərkibdə toplantı keçiriblər. Toplantıda komitənin sədri Elşad Həmidov, sədr müavini Bəhmən İmanov, baş ekspert Tariyel Quliyev, Ağakərim Əzimov və digərləri çıxış edərək Xocalı soyqırımının əsrin ən dəhşətli faciəsi olduğunu vurğulayıb, bu bəşəri cinayəti törədən Ermənistanın hazırki rəhbərliyinin və digərlərinin ədalət məhkəməsi qarşısında cavab vermələrinin və cəzalandırılmalarının vacib olduğunu vurğulayıblar. O cümlədən tədbirdə Xocalı faciəsinin bütün dünyada tanıdılması məqsədi ilə, ölkəmizdə fəaliyyətdə olan bütün beynəlxalq təşkilatlara müraciət ünvanlanması barədə qərarı qəbul edilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}