14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
811 məhbusun müraciətinə baxılacaq
Tarix: 27-02-2017 16:49 | Bölmə: Xəbərlər

Fevralın 28-də Əfv Məsələləri üzrə Komissiyanın növbəti toplantısı keçiriləcək.

Reyting.az-ın məlumatına görə, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az-a deyib ki, Komissiyanın katibliyinə ümumilikdə 811 müraciət daxil olub. Eyni zamanda, Komissiyaya hər gün yeni müraciətlər daxil olur: "Amma iclaslarda ən az 3 ay əvvəl Komissiyanın katibliyinə daxil olan müraciətlərə baxılır. Çünki ayrı-ayrı qurumlardan müraciətlərin daxil olması, yerlərdə baxılması, araşdırılması kimi məsələlər uzun prosedurlardır. Yeni daxil olan müraciətlərə sonrakı əfv sərəncamları üçün keçiriləcək Komissiya iclaslarında baxılacaq”.

Ölkə başçısı tərəfindən imzalanması gözlənilən əfv sərəncamının çox məhkuma şamil olunacağına gəlincə, Ə.Nuriyev deyib ki, bu, Prezidentin səlahiyyətində olan məsələdir:

"Əfv sərəncamı imzalanacağı zaman siyahıda neçənəfərin olduğunu biləcəyik”.

Qeyd edək ki, bu ilin Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}