Ərzaq mallarının bahalaşma riski artıb - İqtisadçı
Tarix: 09-03-2017 12:17 | Bölmə: Xəbərlər


"Sənaye müəssisələrinin anbarlarında yarım milyard manatdan çox mal yığılıb qalıb. Satılmayıb. Ona görə ki, alıcısı yoxdur. Odur ki, bu müəssisələrin anbarlarında mal qalığı, cari ilin fevral ayının əvvəlinə olan məlumata görə 75 faiz artıb (əvvəlki ilin eyni dövrü ilə müqayisədə)”.

Reyting.az-ın məlumatına görə,bunu iqtisadçı-ekspert Nemət Əliyev bildirib. Onun sözlərinə görə, son illər belə hal müşahidə olunmayıb.

N.Əliyev qeyd edib ki, əsasən qeyri-ərzaq mallarının satışında problem yaranıb: "Belə vəziyyət bu sahədə böhranın daha da dərinləşəcəyinin növbəti əlaməti kimi dəyərləndirilməlidir. Mallarını sata bilməyən istehsalçılar istehsalın həcmini azaltmağa məcburdurlar. Belə məcburiyyət isə cari xərclərin və öhdəliklərin icrasında problemləri daha da böyüdə bilər. Prosesin qarşısının təcili şəkildə alınması zərurəti yaranıb. Satış yoluna düzülmüş əngəllərin aradan qaldırılması yolu ilə bu sahədə müəyyən canlanmaya ümid etmək mümkündür”.

N.Əliyev bidirib ki, fevralın əvvəlinə olan vəziyyətə görə qida mallarının və bir sıra içki məhsullarının anbar ehtiyatları xeyli dərəcədə azalıb: "Bu malların istehsalçıları yaranmış beləbir şəraitdə qiymətləri daha da artırmağa həvəsli olacaqlar. Odur ki, yerli istehsalı boğan, investisiyaları qaçaq salan halların əməli şəkildə aradan qaldırılması hava-su qədər əhəmiyyətlidir.

Deməli, ərzaq mallarının bahalaşma, qeyri-ərzaq mallarının isə istehsal həcminin azalma riski xeyli böyüyüb”.

İqtisadçı-ekspert qeyd edib ki, hər iki hal əhalinin sosial vəziyyətinin daha da pisləşəcəyinin anonsu kimi dəyərləndirilməlidir.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}