14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Nazirlər Kabinetinə 10 mindən çox şikayət göndərilib
Tarix: 09-03-2017 13:50 | Bölmə: Xəbərlər

Nazirlər Kabinetinin Aparatına 2016-cı il ərzində vətəndaşlar tərəfindən 10898 ərizə, məktub və təklif daxil olub.

Nazirlər Kabinetinin məlumatına görə, daxil olan müraciətlərin əsas mövzusunu mənzil, sosial təminat, əmək və əməkhaqqı, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadəsi, kənd təsərrüfatı, ekologiya və meşə təsərrüfatı, sənaye, tikinti, nəqliyyat və rabitə, elm, mədəniyyət, ticarət və pullu xidmətlər, abadlaşdırma, əhaliyə kommunal-məişət xidməti, inzibati orqanların işi, maliyyə, kredit ayrılması, qaçqınlarla bağlı, torpaq sahələrinin ayrılması, səhiyyə, humanitar yardım ayrılması, özəlləşdirmə və digər məsələlər təşkil edib.

Həmin dövrdə Baş nazirin müavinləri və Aparatın şöbə müdirləri tərəfindən müvafiq məsələlərlə bağlı 2538 vətəndaş qəbul edilib.(Mənbə:Modern.az)






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}