16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Komitə sədrinə müraciət edilib
Tarix: 10-03-2017 14:56 | Bölmə: Xəbərlər


Gəncəşəhəri, Nizami rayonu, Nizami küçəsi 239, ev 311 ünvanında yaşayan Əliyeva Nəzirə Nəriman qızı və Əlizadə Əli Qəşəm oğlu, onlara göstərdiyi xüsusi diqqət və yardıma görə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidova və komitənin əməkdaşları Quliyev Tariyel Dolxan oğluna, Quliyev Rəfael Tariyel oğluna öz minnətdarlığını bildirirlər.

Onkoloji xəstəlikdən əziyyət çəkən vətəndaşlar İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidova ünvanladıqları təşəkkür məktubunda yazırlar:

"Hörmətli Elşad müəllim, bizə göstərdiyiniz qayğı, diqqət və köməyinizə görə Sizə və rəhbərlik etdiyiniz bütün kollektivinizə, o cümlədən Tariyel Quliyev və Rəfael Quliyevə öz təşəkkürümüzü bildiririk! Sizə gələcək işlərinizdə uğurlar arzu edirik.”

Onu da qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov komitəyə daxil olan bütün ərizə və şikayətləri xüsusi diqqət altında saxlayır, onları narahat edən məslələri tez bir zamanda aradan qaldırmağa çalışır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}