FHN-dən əhaliyə təhlükə xəbərdarlığı - Müraciət
Tarix: 13-03-2017 11:13 | Bölmə: Xəbərlər

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı iləəlaqədar əhaliyə müraciət edib.

Müraciətdə vurğulanıb ki, hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

Yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}