Nazir kadr dəyişikliyi edib
Tarix: 13-03-2017 11:17 | Bölmə: Xəbərlər


Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib.

Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin baş direktoru dəyişib.

Məlumata görə, adıçəkilən departamentə yeni baş direktor Xəqani Qara oğlu İsgəndərov təyin edilib. Bundan öncə həmin vəzifəni nazirin müşaviri İlqar İsmayıl oğlu Əhmədov icra edib.

Bununla yanaşı, Nazirlikdə yeni Əlaqələndirmə və idarəetmə Departamenti yaradılıb və ona baş direktor olaraq İlqar Əhmədov təyin edilib. (Report)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}