16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Partiya maliyyə dəstəyi üçün ictimaiyyətə müraciət edib
Tarix: 14-03-2017 12:06 | Bölmə: Xəbərlər


Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiyanın bir qrup fəalı ilə görüşüb. Fuad Əliyev İlaxir çərşənbə münasibətilə toplantı iştrakçılarını təbrik edərək, ALDP-nin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıb.

Fuad Əliyev həmçinin qeyd edib ki, həm dünyada qedən geosiyasi proseslərə, həm də ölkəmizdə baş verən hadisələrə düzgün qiymət verməyi bacarmalıyıq:

"Biz daim fəal olmalı, partiyaya yeni üzvləri cəlb etmək üçün hər birimiz təbliğatımızı genişləndirməliyik. Yaxın aylarda siyasi aktivlik gözlənilir.

Həmçinin partiyanın Qurultayı və diqər tədbirlərimiz də var. 2018-ci ildə nəzərdə tutulan prezident seçkilərinə də hazırlaşmalıyıq. Bütün bunları nəzərə alaraq aktiv fəaliyyəti davam etdirməyi tövsiyə edirəm”.

Toplantıda ALDP Gənclər Təşkilatının (GT) sədri Murad Əliyev GT üzvü Tehran Paşayevin Asistoma (beynində şiş) diaqnozu ilə əməliyyat olunmasını da toplantı iştrakçılarının nəzərinə çatdırıb. O, Tehran Paşayevə köməklik məqsədilə əməliyyat üçün vəsaitin yığılmasını təklif edib. Təklif bəyənilib və yardım etmək istəyən şəxslər 994709707477 nömrəsi ilə ödəmə terminallarından Portmanat vasitəsilə edə bilərlər.

Bununla bağlı ictimaiyyətə də müraciət qəbul olunub.

Müraciətdə deyilir: "Dama-dama göl olar” – deyiblər. Sizin verəcəyiniz hər 1 manat belə, lazımı vəsaitin yığılması üçün çox önəmlidir”.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}