16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Xırdalanda beş tələbənin meyiti aşkarlanıb - Yenilənib+Adlar
Tarix: 15-03-2017 13:08 | Bölmə: Xəbərlər

Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib.

Abşeron Rayon Polis Şöbəsindən bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısı tələbədir.

Abşeron rayonunun polis rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Abşeron Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, faciəvi hadisəbarədə onlara çağırış daxil olub, lakin təcili yardım əməkdaşları hadisə yerinə gedənə qədər hüquq-mühafizə orqanları tələbə qızların meyitlərini evdən çıxarıb morqa aparıblar(lent.az).
**
APA-nın məlumatına görə isə, ölənlərdən ikisi tələbə, digərləri onların qohumudur.
**
Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub.

Reyting.az APA-ya istinadən xəbər verir ki, onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Mələk Mübariz qızı Abbasova, 2000-ci il təvəllüdlü Turanə Vahid qızı Xanlayeva, 1999-cu il təvəllüdlü Lamiyə Vahid qızı Xanlayeva və 1993-cü il təvəllüdlü Aytən Elçin qızı Musayevadır.

Mələk Abbasova və Turanə Xanlayevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir.

Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.

Faktla bağlı araşdırmalar davam etdirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}