17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Mütəxəssislər təhlükəli qidalarla bağlı xəbərdarlıq edib - Tədbir
Tarix: 15-03-2017 14:40 | Bölmə: Xəbərlər


Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında əhali arasında sağlam qidalanma davranışlarının təşviqinə dair dəyirmi masa keçirilib.

Reyting.az Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, dəyirmi masada ATU-nun Tibbi profilaktika fakültəsinin, Qidalanma və kommunal gigiyena kafedrasının, Uşaq və yeniyetmələr və əmək gigiyenası kafedrasının, Propedevtika və pedtıdaiatriya kafedrasının, I daxili xəstəliklər və reanimatologiya kafedrasının, II daxili xəstəliklər kafedrasının və İctimai sağlamlıq kafedrasının, həmçinin Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində istənilən yaş dövründə əhəmiyyət kəsb edən sağlam qidalanma və sağlam həyat tərzi barədə iştirakçılara ətraflı məlumat verilib.

Qeyd edilib ki, son illər ərzində müxtəlif qurumlar tərəfindən bu sahədə tədqiqatlar aparılır. Tədbirdə iştirak edən dietoloqlar balanslaşdırılmış qidalanmanın üstünlükləri, yağda qızardılmış duzlu vəşirin qəlyanaltıların, "fast-fud” qida məhsullarının insan orqanizminə olan mənfi təsirindən danışıblar.

Həmçinin tərkibində doymuş, trans-yağ turşuları, sadə şəkər və ya xörək duzu yüksək olan qida məhsullarından, hazır un məmulatları və marqarin yağından istifadənin azaldılması və bu məhsullardan gündəlik enerji qəbulunun 1%-ə qədər aşağı salınmasının sağlamlıq üçün zəruriliyi barədə əhalinin maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Məlumata görə, dəyirmi masa "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”na əsasən təşkil olunub.





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}