16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Müəllimlərin əmək haqqı ilə bağlı qaydalar açıqlanıb
Tarix: 15-03-2017 16:14 | Bölmə: Xəbərlər


Təmayül siniflərin təşkil olunacağı məktəblərdə müəllimlərin hansı qaydada əmək haqqı alacağı açıqlanıb.

Reyting.az-ın məlumatına görə, Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə təşkil olunacaq təmayül siniflərdə dərs deyəcək müəllimlərin əmək haqqı "Dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və aylıq vəzifə maaşının sxemi”nə uyğun olaraq ödəniləcək.

Tam orta təhsil səviyyəsində təhsilin təmayül üzrə təşkil olunduğu pilot məktəblərdə, tədris planında olan fənlərdə saatların sayı təmayül seçimi üzrə tədris planına uyğun ödəniləcək.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}