“Prezidentin Fransaya səfəri əlaqələr üçün açar rolunu oynayır”
Tarix: 15-03-2017 16:36 | Bölmə: Xəbərlər

 

"Azərbaycan Prezidentinin Fransaya səfəri hər şeydən öncə iki ölkə arasında siyasi dialoqun yeni mərhələyə yüksəlməsi ilə yadda qaldı. Prezident İlham Əliyev qeyd etdi ki, aramızda inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub. Düşünürəm ki, bu səfəri xarakterizə edən ən mühüm tezislərdən biri elə budur. Çünki siyasi dilaoqun yüksək səviyyədə olması digər bütün əlaqələr üçün açar rolunu oynayır.

İkinci mühüm bir məsələ onunla bağlı oldu ki, Prezident İlham Əliyev Avropanın aparıcı ölkələrindən biri, ATƏT-in həmsədri olan bu ölkənin Prezidenti ilə görüşdə bir daha qətiyyətlə vurğuladı ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz”.

Reyting.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

"Daha sonra həmsədr ölkələrin bu istiqamətdə səylərinə toxunan Prezident bildirdi ki, Minsk qrupuna həmsədr olan ölkələrin - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər”,- deyən H.Babaoğlu qeyd edib ki, səfər çərçivəsində Azərbaycan ilə Fransa arasında iqtisadi müstəvidə yaxşı perspektivlərin olduğu və bunun hər iki ölkəyə dividentlər qazandıracağı ilə bağlı müzakirələr aparılıb: "Prezident İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə bu istiqamətdə atılacaq addımlar bir daha diqqət mərkəzinə gətirildi. Eyni zamanda təkcə enerji sektorunda deyil, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, kosmik sənaye, informasiya texnologiyaları və s. kimi sahələrdə də mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirildi. Qeyd etmək lazımdır ki, bu səfər Fransa - Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələ yaratmaqla, həmçinin siyasi-iqtisadi əlaqələrin daha geniş sektorlarda şaxələnməsi üçün yeni əsaslar yaratdı ki, bu da hər iki ölkənin milli maraqlarına cavab verir”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}