07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Beynəlxalq Bankda iki təyinat olub
Tarix: 16-03-2017 12:37 | Bölmə: Xəbərlər


Azərbaycan Beynəlxalq Bankının menecment komandasına daha 2 yeni şəxs qoşulub.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, Emil Qədimov Bankın İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. Bu vəzifədə o, filialların idarə edilməsi məsələləri ilə məşğul olacaq.

Elvin Məmmədov isə Bankın Problemli kreditlərlə iş departamentinin direktoru vəzifəsinə təyin edilib. O, Azərbaycan Beynəlxalq Bankının Problemli kreditlərlə iş departamentinin direktoru vəzifəsində Akif Əliyevi əvəz edib. A.Əliyev isə Bankın İdarə Heyəti sədrinin müşaviri təyin olunub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}