16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Daha bir yazar intihar etmək istəyir
Tarix: 16-03-2017 12:43 | Bölmə: Xəbərlər


Tanınmış şair-yazıçı Kənan Hacı gənc yazar Mövlud Mövludun intiharından sonra sosial şəbəkədə intihar edəcəyi ilə bağlı status paylaşıb.

Onun "Yoruldum artıq... Günahlarımın bağışlanacağına ümid edirəm... Salamat qalın!” sözləri yaxınlarının ciddi narahatlığına səbəb olub.

Bu statusundan sonra yazıçı telefonlarını söndürüb. Bir çox şəxs isə onun yaşadığı evə gedib, lakin evdə heç kimin olmadığını bildirib. Millət vəkili Qənirə Paşayeva da Kənan Hacının evinə yollanıb.

Yazıçının həyat yoldaşı İlhamə Dağlı isə K.Hacı ilə əlaqə saxlaya bilmədiyini, hazırda işdə olduğunu və məsələdən xəbərsiz olduğunu deyib.

Məlumat üçün bildirək ki, Kənan Hacı uzun illərdir, Hepatit C xəstəliyindən əziyyət çəkir. (Bakipost)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}