16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bank aktivləri ilə bağlı yeniliklər olacaq
Tarix: 16-03-2017 13:52 | Bölmə: Xəbərlər

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği çox olsa da, onlarla bağlı vəziyyət artıq sabitlləşib.

Bunu Bakıda "Fitch” beynəlxalq reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycanın bank sektoruna aid tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Strateji xidmətlər Departamentinin prudensial siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov deyib.

Onun sözlərinə görə, banklar problemli kreditlərə görə ehtiyata kifayət qədər vəsait ayırır. Bu isə son nəticədə onların mənfəətinin azalmasına, bəzən isə kapital itkisinə səbəb olur.

R.Tahirov onu da qeyd edib ki, hazırda Azərbaycan banklarında normadan artıq likvidlik mövcuddur: "Palata vaxtaşırı stress-testlər keçirir və ötən ilin sentyabr ayı ilə müqayisədə likvidliklə bağlı vəziyyət indi daha sabitdir. Bu müddət ərzində banklar xarici öhdəliklərini azaltmaq imkanı qazanıb və xarici borclarda təxminən 20% azalma baş verib”.

MBNP təmsilçisi bildirib ki, hazırda banklarda bu sahədə atılacaq addımlar, müəyyən ediləcək çərçivələr, qəbul ediləcək qanun layihələri ilə bağlı müzakirələr gedir: "Xüsusilə aktivlərin təsnifləşdirilməsi sahəsində yenilik gözlənilir".





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}