Bakı Forumunda qarşıdurma – Təşkilatçı aranı qatıb
Tarix: 17-03-2017 12:19 | Bölmə: Xəbərlər


Bakıda keçirilən V Qlobal Bakı Forumunun ikinci günündə tədbirin təşkilatçılarından olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin direktoru Rövşən Muradovla bir sıra jurnalistlər arasında qarşıdurma yaranıb.

Reyting.az ölke.az-a istinadla xəbər verir ki, qarşıdurmaya səbəb Rövşən Muradovun jurnalistləri təhqir etməsi və Forumun işini işıqlandıran KİV nümayəndələrinin işinə kobud müdaxiləsi olub.

Təşkilatçının jurnalistləri təhqir etməsi nəticəsində AzTV və Lider TV-nin əməkdaşları tədbiri işıqlandırmaqdan imtina ediblər.

Rövşən Muradov jurnalisti təhqir edən zaman bir sıra media mənsubları da həmkarlarının müdafiəsinə qalxıb və jurnalistlərin peşə fəaliyyətinə görə təhqir olunmasına etiraz ediblər.

Ancaq qarşıdurmanı alovlandıran Rövşən Muradov daha da irəli gedərək, mətbuata tədbiri qadağan etməyi təklif edib.

Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları gərginliyi sakitləşdirməyi bacarıblar.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}