Komitə sədri şimal bölgəsində monitorinq keçirib
Tarix: 18-03-2017 17:21 | Bölmə: Xəbər lenti


17 mart 2017-ci ildə "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elşad Həmidov və komitənin sədr müavini Bəhmən İmanov Qusar Rayon Polis Şöbəsində monitorinq keçiriblər.

Komitədən Reyting.az-a verilən məlumata görə, Polis Şöbəsinin Müvəqqəti Saxlanma yerində 9 nəfər təqsirləndirilən şəxs olub: "Onlardan 2 nəfəri inzibati, 7 nəfəri isə cinayət işi ilə təqsirləndirilir. Saxlanma şəraiti normal idi, heç bir şikayət və narazılıq yox idi”.

Komitə üzvləri Quba Rayon Polis Şöbəsində də monitorinq keçiriblər. Buradakı Müvəqqəti Saxlanma yerində heç bir təqsirləndirilən şəxs olmayıb.

Bundan sonra "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elşad Həmidov və komitənin sədr müavini Bəhmən İmanov Xaçmaz Rayon Polis Şöbəsində də monitorinq keçirib, Müvəqqəti Saxlanma yerində 2 nəfər təqsirləndirilən şəxsə baş çəkiblər. Onların da saxlanma şəraitindən heç bir şikayəti olmayıb.




414 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
4-08-2017, 11:22 46 terrorçu məhv edilib