14:25 / 22-10-2017
Baş konsulluğa hücum olub
Bir qrup zabitə yeni rütbə verilib
Tarix: 19-03-2017 13:20 | Bölmə: Xəbər lenti


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə polkovnik hərbi rütbəsi verilib.

Müdafiə Nazirliyinin məlumatına görə, hərbi qulluqçularla görüşən Z.Həsənov onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Müdafiə naziri Azərbaycan prezidenti, Ali baş komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı tədbirlərdən, dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl işlərdən danışıb.

Novruz bayramı münasibətilə hərbi qulluqçuları və onların ailə üzvlərini təbrik edən nazir vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.





450 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər