11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Komitədə struktur və kadr islahatları aparılıb - Dəyişiklik
Tarix: 29-03-2017 15:31 | Bölmə: Xəbərlər

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin iclası keçirlib.
Mia.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan komitənin sədr və səlahiyyətli şəxsi Elşad Həmidov cari məsələlərlə yanaşı, komitə daxilində struktur və kadr islahatlarının aparıldığını bildirib.
Həmidov qeyd edib ki, struktur islahatları çərçivəsində yeni departamentlər yaradılıb. Yaradılan departametlərə gəlincə, bunlar Hüquq Departamenti, Kadrlarla iş Departamenti, Təhlükəsizlik işləri üzrə Departament və Ictimaiyyətlə əlaqələr Departamentidir. Komitə sədrinin əmri ilə Hüquq Departamentinin rəisi vəzifəsinə Azad Atayev,  Kadrlarla iş Departamentinin rəisi vəzifəsinə Ənvər Rzayev, Təhlükəsizlik işləri üzrə Departamentin rəisi vəzifəsinə Oqtay Salamov təyin ediliblər.
Digər məsələlərdən söz açan komitə sədri deyib ki, komitənin əməkdaşlarına 5 yanvar 2017-ci il tarixdə yalnız öz imzası ilə verilən vəsiqələr etibarlıdır, digər vəsiqələr isə etibarsızıdır.
İclasda komitə sədri tapşırıq və tövsiyyələrini verib.
Komitənin digər əməkdaşları da çıxış edərək görülən işlər barədə məlumat veriblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}