Təhsil işçiləri yeni sədr seçiblər - Tədbir+Fotolar
Tarix: 12-04-2017 18:01 | Bölmə: Xəbərlər


Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib.

Hesabat-seçki yığıncağında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, BŞTİ-nin struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.

Reyting.az BŞTİ-yə istinadla xəbər verir ki, yığıncaqda Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 2012-ci ilin aprel ayından 2017-ci ilin aprel ayınadək olan dövr ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi və Təftiş Komissiyasının hesabatı dinlənilib. Daha sonra təşkilati məsələlər müzakirə olunub.

Hesabat məruzələrindən sonra çıxış edənlər ölkəmizdə ən böyük ictimai təşkilatlardan biri olan ATİAHİ Respublika Komitəsinin BŞTİ-də çalışanların sosial rifahının yaxşılaşdırılması, əmək hüquqlarının müdafiəsi və asudə vaxtlarının səmərəli təşkili baxımından üzərinə düşən vəzifələri nəzərə çatdırıb, bu istiqamətdə qarşıda duran digər məsələlərdən söhbət açıblar.

Yığıncaq iştirakçıları BŞTİ Həmkarlar İttifaqı Komitəsinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Sonda təşkilatı məsələlərə baxılıb. Həmkarlar İttifaqı Komitəsinin yeni üzvləri və sədri, eləcə də Təftiş Komissiyasının yeni heyəti seçilib. 








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}