16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazirlər Kabineti yeni xidmət müəssisələri yaradıb - Qərar
Tarix: 13-04-2017 11:49 | Bölmə: Xəbərlər


Baş nazir Artur Rasizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəsosial xidmət müəssisələrinin yaradılması ilə bağlı qərar verib.

Qərarla Dövlət Sosial Müdafiə Fondunun nəzdində aşağıdakı sosial xidmət müəssisələri yaradılıb:

1. Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi

2. Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi

3. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq.

Qərarda sosial xidmət müəssisələrinin Sabunçu rayonunun Zabrat qəsəbəsində istismara icazə verilmiş binaları, həmin binalara aid bütün infrastruktur qurğu və avadanlıqlar sosial xidmət müəssisələrinin balansına, onların yerləşdiyi torpaq sahəsinin isə istifadələrinə verilməsi nəzərdə tutulur.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}