11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Azərbaycan hökuməti 271 000 avro cərimələnib - Siyahı
Tarix: 13-04-2017 13:02 | Bölmə: Xəbərlər


Avropa Məhkəməsi bu gün Azərbaycana qarşı 23 iş üzrə qərarlarını elan edib.

Bu barədə vəkil Asabəli Mustafayev məlumat verib. Vəkil bildirib ki, Rövşənə Hüseynovanın şikayəti üzrə qəbul edilmiş qərarla jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar Konvensiyanın 2-ci maddəsinin prosessual əsaslara görə, yəni istintaqın səmərəli aparılmamasına görə pozuntusu tanınıb. Mənəvi ziyana görə konpensasiya məbləği 20 000, hüquqi xərclərə görə 10 000 avro müəyyən edilib.

A.Mustafayev qeyd edib ki, Avropa Məhkəməsində araşdırılan digər 22 iş azad seçki hüququnun pozuntusu ilə bağlı olub: "Qərarla bütün ərizəçilərə mənəvi ziyana görə 10 000 avro kompensasiya ödənilməlidir. Bu 22 iş üzrə hüquqi yardıma görə 21 000 avro kompensasiya təyin edilib”.

Qeyd edək ki, Avropa Məhkəməsinin qərarı ilə Azərbaycan hökuməti zərərçəkənlərə ümumilikdə 271 000 avro təzminat ödəməlidir

Avropa Məhkəməsinin qərar verdiyi ərizəçilərin siyahısını təqdim edirik:

İsa Qəmbər,

İkram İsrafil,

Arzu Səmədbəyli,

Tofiq Yaqublu,

Leyla Mustafayeva,

Sərdar Məmmədov,

Bəxtiyar Hacıyev,

İlqar Hüseynli,

Nəriman Yəhyayev,

Gözəl Bayramova,

Namət Əliyev,

Salman İmanlı,

Sahib Kərimov,

İham Hüseynli,

Pənah Hüseyn,

Adil Qeybulla,

Yaqub Babalı,

Soltanhamid Məlikov,

Əli Kərimli,

Qiyas Sadıqov,

Sitarə Zeynalova,

Aslan İsmayılov

Ruşaniyə Hüseynova.

"Bu işlərdə vəkillər İntiqam Əliyev və Hafiz Həsənovdur. Yalnız İkram İsrafilin hüquqlarını mən müdafiə etmişəm”, – Əsabəli Mustafayev bildirib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}