Keçmiş nazir müavini intihar edib
Tarix: 17-04-2017 17:41 | Bölmə: Xəbərlər


Aprel ayının 15-də Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 3, mənzil 18-də 86 yaşlı qadın intihar edib.

Salamnews-un məlumatına görə, 1931-ci il təvəllüdlü Sultanova Zərifə Məmmədəli qızı uzun illər iflic xəstəliyindən əziyyət çəkib, əlil arabasında gəzib. Həmin gün günorta saatlarında oturduğu əlil arabasında iplə özünü boğaraq intihar edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Mərhumun yaxınları, Sultanova Zərifə Məmmədəli qızının Sovetlər Birliyi vaxtında uzun illər yüksək vəzifələrdə işlədiyini, hətta nazir müavini vəzifəsinə qədər yüksəldiyini bildiriblər.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}