17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ATƏT Türkiyədəki referendumu bəyənməyib - Bəyanat
Tarix: 17-04-2017 18:06 | Bölmə: Xəbərlər


"Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum Avropa Şurası standartlarına uyğun olmayıb".

APA-nın məlumatına görə, bu barədə ATƏT-nın Türkiyədəki referendumla bağlı müşahidə missiyasının rəhbəri Sezar Florin Predanın yaydığı bəyanatda deyilir.

Müşahidəçilərin qənaətinə əsasən referendum ərəfəsində aparılan təşviqat kampaniyası zamanı media resurslarında tərəflərə bərabər imkanlar yaradılmayıb.

Bildirilir ki, referendumun texniki aspektləri yaxşı təşkil edilsə də, islahatların əsas aspektləri, fundamental azadlıqların məhdudlaşdırılması və mümkün mənfi effektlərə dair ictimaiyyətə tərəfsiz məlumatlar verilməyib:

"Referendum günü bəzi regionlar istisna olmaqla, böyük problemlər yaşanmayıb. Bununla belə, seçki məntəqələrində vətəndaş cəmiyyəti nümayəndələrinin olmaması üzücüdür. Ümumilikdə referendum Avropa Şurası standartlarına uyğun keçirilməyib. Hüquqi çərçivə əsl demokratik prosesin həyata keçirilməsi üçün qeyri-kafi idi".

Müşahidə missiyası hesab edir ki, referendum ərəfəsində ölkədəki durum, ilk növbədə qüvvədə olan fövqəladə vəziyyət mediada siyasi partiyaların mövqeyinin bitərəf işıqlandırılmasına yol açmayıb və hakim partiyaya üstünlük verilib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}