07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ramil Usubov kadr dəyişikliyi edib - Təyinat
Tarix: 17-04-2017 18:38 | Bölmə: Xəbərlər


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.

Reyting.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən DİN-in mətbuat xidmətinin informasiya bölməsinin rəisi polis polkovnik-leytenantı İlham Babayev tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, İ.Babayevə qədər bu vəzifədə polis polkovnik-leytenantı Orxan Mansurzadə çalışıb. DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib.

Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov, mətbuat xidmətinin rəis müavini vəzifəsinə isə O.Mansurzadə təyin edilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}