16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Deputatlarımızın ermənilərlə görüşü planlaşdırılır
Tarix: 18-04-2017 11:04 | Bölmə: Xəbərlər


Azərbaycan ATƏT Parlament Assambleyası (PA) ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir.

Bunu jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu məqsədlə Milli Məclisin sədri Oqtay Əsədov ATƏT PA-nın sədri Kristine Muttoneni Azərbaycana dəvət edib:

"Ümid edirik ki, bu səfər yaxın vaxtlarda gerçəkləşəcək. Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın növbəti görüşü olacaq, orada mən bu dəvəti bir daha xatırladacağam".

A.Quliyev onu da bildirib ki, ATƏT-in Minsk qrupu ölkələrinin ATƏT PA-da təmsil olunan parlamentarilərinin görüşü keçirilə bilər.

O deyib ki, Azərbaycanlı və ermənistanlı parlamentarilərin də görüşünə dair ümumi təşəbbüslər var, amma hələlik konkret qərar yoxdur.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}