23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Millət vəkili zorakılığa çağırış edib
Tarix: 20-04-2017 12:51 | Bölmə: Xəbərlər

"Deputat Tahir Rzayevin bu mesajı zorakılığa çağırışdır.”

Bunu AzNews.az-a müsahibəsində qadın hüquqlarının müdafiə cəmiyyətinin sədri Mehriban Zeynalova Milli Məclisin deputatı Tahir Rzayevin "Qadın öz yerini bilməlidir. Heç vaxt yürüyən ata qamçı vurmurlar”,- fikirinə münasibətində deyib.

Onun sözlərinə görə, belə çıxışlar bəzi deputatları tanımaq imkanı yaradır:

"Bu, ilk növbədə onun Milli Məclisdə təmsil olunduğuna görə daha çox diqqəti cəlb edir. O, sıradan bir şəxs deyil, millət vəkilidir. Ən azı o, 1998-ci ildə mərhum prezident Heydər Əliyev qadınların bərabərliyi, onların stimullaşdırılması, eyni zamanda qadın hüquqlarının müdafiəsi ilə bağlı çıxışlarını, 2000-ci ildə xüsusi sərəncamını, daha sonra Azərbaycanın qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulmağını, "Məişət zorakılığı haqqında” qanunu və qadınların cəmiyyətdə daha çox rolunun artırılmasını oxuyardı. Bu sənədlər olduğu halda, millət vəkilinin belə çağırış etməsi birbaşa səlahiyyətinin zorakılığa çağırışı kimi qiymətləndirilir.

Deputat araşdırsaydı, görərdi ki, qadın çəngəl-bıçağa o vaxt əl atır ki, artıq ona qarşı bu münasibət ortaya çıxıb. Əgər bunu deputat deyirsə, onda polisdən nə gözləyək? Qadın yerində oturmalıdır, döyülməlidir, söyülməlidir və qarşı tərəfə müqavimət göstərməməlidir?

Daxili İşlər Nazirliyinin statistikasında deyilir ki, Azərbaycanda filan qədər qadın zorakılığa məruz qalıb və yaxud məhkəmələrdə öldürülmə, döyülmə ilə bağlı cinayət işləri başlanılıb. Bəs bu deputat bunları oxumayıb?".

Mehriban Zeynalova hesab edir ki, deputatın bu fikiri həm də qadınların cəmiyyətdə iştirakına mane olan çağırışdır:

"Sabah bütün kişilər deyəcək ki, qadın evdə otursun, işləməsin. Çünki onların yeri mətbəxt və döyülməkdir. Halbuki cəmiyyətdə kifayət qədər qadına qarşı zorakılıq halları var və biz bunun gündəlik iş yerimizdə, nəqliyyatda, küçədə şahidi oluruq. Parlamentdə qadınlar var. Tahir Rzayev niyə parlamentdə oturan qadınlara hörmətlə yanaşır? Nədir, vəzifədədirlər? Deməli, həmin deputat qadınlar da səslərini çıxarmırlar. Bu qadın hüquqlarının məhdudlaşdırılmasına çağırışdır".

Hüquq müdafiəçisi qeyd edib ki, ölkədə qadına qarşı zorakılıq müzakirə olunduğu bir vaxtda deputatın bu fikiri qınaq atəşinə tutulmalıdır:

"Mən bilmirəm, o hansı hisslərlə böyüyüb. Ola bilsin onun çevrəsində hamı qadının başından vurur, sonra da eyni hərəkəti cəmiyyətdə təbliğ edir. Biz də demirik ki, qadın hər yerdə qışqırsın. Qadın döyülürsə, söyülürsə, o, müdafiə olunmalıdır və eyni zamanda bunu edən şəxslər cəzalanmalıdır.

Adam məyus olur. Hesab edirəm ki, Tahir Rzayev qadınlardan üzr istəməlidir. Biz el məsəllərinə hörmətlə yanaşırıq. Amma qadını atla müqayisə eləmək... Bu nə deməkdir? Deməli, biz irəli deyil, geri gedirik. Biri var bunu aşağı səviyyədə kimsə deyir, biri də var xalqın vəkili deyir. Onun sözündən belə çıxır ki, qadın insan deyil, atdır, döyülə, təhqir oluna, hətta öldürülə də bilər. Qadını heyvanla müqayisə eləmək biabırçılıqdır".

Xatırladaq ki, Milli Məclisin deputatı Tahir Rzayev ölkə.az-a müsahibəsində Azərbaycan qadınlarının ünvanına aşağılayıcı ifadələr işlədib.

O, qadını heyvanla müqayisə edib: "Bilirsiniz, qadın öz yerini bilməlidir. Heç vaxt yürüyən ata qamçı vurmurlar. Son zamanlar nə qədər qadının kişini öldürdüyünü görmüşük. Qadının balta və bıçaqla öz yoldaşını öldürməsini, boğmasını mətbuatdan da izləyirik. İndi təbliğat gedir ki, qadın hüquqları pozulur və sairə. Necə yəni qadın hüquqları pozulur? Azərbaycanda qadın hüquqları elə də pozulmur”,- deyə, bildirib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}