23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Polislərin üstünə kimyəvi məhlul atıblar - Ölən var
Tarix: 20-04-2017 13:51 | Bölmə: Xəbərlər


Aprelin 19-da Yasamal rayonunun Azərbaycan prospektində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron rayon sakini Nailə Sadıqova arasında münaqişə baş verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, münaqişə zamanı N.Sadıqova həmin ərazidə xidmətdə olan Yasamal Rayon Mühafizə İdarəsinin iki əməkdaşını köməyə çağırıb. Polis əməkdaşları E.İbrahimovu intizama dəvət edərkən o, əlindəki şüşə qabda olan kimyəvi məhlulu polis əməkdaşlarının və qadının üzərinə atıb, məhlulun qalan hissəsini isə özü içib.

Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. E.İbrahimov orada ölüb.

Polis əməkdaşlarından birinin vəziyyəti orta ağırdır, digərinə və N.Sadıqovaya tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}