14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Məhkəmə Qubad İbadoğlunun şikayətini araşdıracaq
Tarix: 21-04-2017 11:29 | Bölmə: Xəbərlər


Məhkəmə Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə qarşı şikayətini icraata götürüb.

ADR sədrinin müavini Ellada Məmmədlinin APA-ya verdiyi xəbərə görə, şikayətə mayın 2-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ADR dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə bir neçə dəfə müraciət edib, lakin nazirlik müraciətə müsbət cavab verməyib.

Bundan sonra hərəkatın sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}