Polislər işgəncə faktını araşdırır - Elşad Həmidov
Tarix: 21-04-2017 12:27 | Bölmə: Xəbərlər


Xəzər rayonunun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəmnində işgəncə faktı aşkarlanıb.

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidovun Reyting.az-a verdiyi məlumata görə, Mərdəkan qəsəbəsindən komitəyə daxil olan məlumatda bildirilir ki, bir neçə ildir ailəli olan Şəbnəm Əmiri öz həyat yoldaşı Bəxtiyar Əsədov tərəfindən dəfələrlə fiziki və mənəvi zorakılığa məruz qalıb.

Məlumata görə, B.Əsədov Ş.Əmirini dəfələrlə döyməklə yanaşı, həm də kişi-qadın münasibətlərində onu qeyri-ənənəvi davranışa məcbur edirmiş, bu isə ailənin dağılmasına səbəb olub.

Şəbnəmin yaxınlarının komitəyə verdiyi məlumatda qeyd edilir ki, Bəxtiyarın mənəviyyatsız və fiziki zorakılıqlarını artıq Xəzər rayon 1-ci Polis Bölməsi araşdırır.

Elşad Həmidov və komitə üzvüləri bu muraciətlə əlaqədar Şəbnəmin qohumları ilə görüşərək hadisəni təfsilatıyla öyrənib və araşdırmanın lazımi səviyyədə aparılacağını dəstək verəcəklərini bildiriblər.





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}