Tanınmış iqtisadçı istefa verib - Səbəb
Tarix: 23-04-2017 13:26 | Bölmə: Xəbərlər


2011-ci ildən REAL Hərəkatının İdarə Heyətinin (İH) üzvü olan iqtisadçı Rövşən Ağayev onun sıralarından ayrılıb.

Bu barədə Rövşən Ağayev FB səhifəsində yazıb ki, bəzən son dərəcə çətin qərarlar vermək məcburiyyətində qalırıq. Amma bu qərarları qəbul etmək zərurəti məcburiyyətlərə üstün gəlir:

"2011-ci ildən bəri İdarə Heyətinin (İH) üzvü olduğum REAL Hərakatından ayrılmaqla bağlı qərar vermək mənim üçün çox çətin oldu.

Səbəbləri haqda çox qısa bunları deyəcəm.

Hərakatın lideri İlqar Məmmədov artıq 4 il 2 aydır həbsdədir. Təşkilatın İH-nin hər bir üzvü belə şəraitdə onun da əvəzinə çalışmalı, liderin yoxluğunu hiss etdirməməli və REAL-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədakar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin İH-dən gözləntisi də bu idi.

Təəssüf ki, müxtəlif səbəblərdən bir İH üzvü kimi mən bu vəzifənin öhdəsindən gələ bilmədim. Qərar qəbul edərkən yanaşmam bu olub ki, hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır”.

R.Ağayev qeyd edib ki, ötən 6 ildə REAL-ın proqramının işlənməsi xaric bu təşkilata onun heç bir töhfəsi olmayıb: "Ona görə də bacarmayan kənara çəklib bacaranların yolunu açmalıdır.

Ümid edirəm ki, İlqar Məmmədovun həbsdən çıxması uzun çəkməyəcək və onun liderliyi ilə REAL Azərbaycanın gələcək siyasi həyatında öz layiqli yerini tutacaq.

Bilirəm ki, bəzi üzvlərimizin, xüsusən gənclərimizin bizdən gözləntiləri yüksək idi. Gözləntilərini doğrulda bilmədiyim həmin insanların hamısına bir üzr borcum var".

 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}