Ermənistan rəsmi Bakı ilə görüşdən yayınır
Tarix: 26-04-2017 15:08 | Bölmə: Xəbərlər


Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü olmayacaq.

Bu barədə informasiyanı "Qraparak” qəzeti yayıb.

"Görüş olmayacaq. Bu barədə rəsmi şəkildə bildirilməyib. Erməni tərəfi bir neçə dəfə bu görüşün keçirilməsindən imtina edib”, – deyə qəzetin mənbəsi bildirib.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin Moskva görüşü 28 aprelə nəzərdə tutulmuşdu.

Azərbaycan XİN hələlik məsələ ilə bağlı açıqlama yaymayıb.(Axar.az)

Xatırladaq ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Elmar Məmmədyarovun üçtərəfli görüşdə iştirak edəcəyini bildirib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}