23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Komitə əməkdaşları monitorinq keçirib
Tarix: 26-04-2017 16:09 | Bölmə: Xəbərlər

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov və komitənin mətbuat katibi Telman Mirzəyev Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında (Maştağa qəsəbəsi) monitorinq keçiriblər.

Komitə sədri Elşad Həmidovun Reyting.az-a verdiyi məlumata görə, monitorinq zamanı xəstələrlə yanaşı, xəstəxananın tibb personalı ilə də görüşüblər:

"Xəstəxanada şəarit normaldır, tibbi personal da həmçinin. Yəni, ciddi sayılacaq hər hası nöqsanın şahidi olmadıq”.

Hazırda həmin xəstəxanada 2232 şəxsin müalicə olunduğunu deyən E.Həmidov bildirib ki, xəstələrin müalicəsi, dava-dərmanla təminatları və saxlanma şəraitləri qaydasındadır:

"Monitorinq zamanı hətta bəzi xəstələrin ora gəlmiş qohumları ilə də təsadüf nəticəsində görüşümüz oldu. Onlar xəstəxanada olan qohumlarının saxlanma şəraitindən və müalicəsindən hər hansı narazılıq etmədilər”.

Sonda E.Həmidov belə monitorinqlərin davamlı olacağını qeyd edib.

 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}