Vüsal Qasımlı səfiri qəbul edib - Fotolar
Tarix: 27-04-2017 17:58 | Bölmə: Xəbərlər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı, eləcə də səfirin müşaviri Andjey Yankovskini qəbul edib. Görüşdə əsasən ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərindən, bir sıra sahələr üzrə əməkdaşlıqdan, Azərbaycan sənaye parklarında Polşa şirkətlərinin iştirak imkanları haqda danışılıb.

Azərbaycan və Polşa arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsinin aparıldığı görüşdə icraçı direktor Vüsal Qasımlı Azərbaycanın iştirak etdiyi bir sıra beynəlxalq layihələr barədə səfirə məlumat verib. Habelə Strateji Yol Xəritəsi, Azexport portalı və portal üzərindən yeni yaradılan Rəqəmsal Ticarət Qovşağı haqda geniş danışıb.

Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka isə beynəlxalq və regional layihələrin reallaşması prosesində Azərbaycan tərəfinin gördüyü işləri, həmçinin dəmir yolunda həyata keçirilən islahatları yüksək qiymətləndirib. 

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.


 

Reyting.az





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}