23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
“28 aprel işğal günü kimi qeyd edilsin!”
Tarix: 28-04-2017 12:43 | Bölmə: Xəbərlər


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Gənclər Təşkilatının sədri Murad Əliyev bir qrup fəalla görüşüb.

Toplantıda Gənclər Təşkilatının gələcək fəaliyyəti və 28 aprelin Azərbaycan tarixində işğal günü kimi qeyd edilməsi məsələsi müzakirə olunub.

Reyting.az-a verilən məlumata görə, toplantıda Azərbaycan gənclərinə müraciət də qəbul olunub.

Müraciətdə deyilir:

"Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 28-dəBakıya daxil olmuş vəAzərbaycan Demokratik Respublikasını devirmişdi. Bəzi tarixçilər Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin mütləq əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. Biz gənclər olaraq Azərbaycanın bu tarixini öyrənməliyik və müstəqillik uğrunda mübarizə aparanları unutmamalıyıq, onların fəaliyyəti, mübarizliyi xatırlanmalı və ictimaiyyətə açıqlanmalıdır”.

ALDP Gənclər Təşkilatı gənclərə müraciətində təklif edir ki, 1920-ci il aprelin 28-i Qırmızı ordunun Azərbaycanı işğal etməsi İşğal günü kimi qeyd olunsun.





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}