23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Usubov 7 polis əməkdaşını işdən qovub - Səbəb
Tarix: 28-04-2017 14:57 | Bölmə: Xəbərlər

Bakı şəhəri, Nizami rayon Dövlət Yol Polisi (DYP) şöbəsində ciddi qanun pozuntuları aşkarlanıb.

Qurumda xidmət aparan polis əməkdaşları Daxili İşlər Nazirliyində qeydiyyatda olmayan rabitə vasitələri ("ratsiya”) ilə təchiz edilib.

Yol polisi əməkdaşları xidmət aparan zaman qanunu pozan sürücülər və qayda pozuntuları ilə bağlı məruzələri yalnız bu rabitə vasitəsi ilə həyata keçirirmişlər.

"Əməliyyat”lar zamanı çoxlu sayda nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb, burada isə müəyyən vəsait ödənildikdən sonra avtomobillər sərbəst buraxılıb.

İnandırıcı olmaq üçün sürücülərə qeydiyyatda olmayan buraxılış vərəqələri verilib. Əslində isə cərimə meydançasına aparılan avtomobillərin buraxılması üçün alınan pullar haqda şöbənin rəisi vəonun yaxın ətrafından başqa heç kim xəbərdar olmayıb. Yəni alınan pullar rəsmiləşdirilməyib, şəxsi ciblərə gedib.

Araşdırma zamanı məlum olub ki, bütün bunlarla yanaşı Nizami rayonu ərazisində rəhbərliyə məruzə olunmadan reydlərin aparılması da qanunsuz olaraq həyata keçirilib. Bu reydlər zamanı da həmin rabitə vasitələrindən istifadə olunub.

Məlumata görə, şöbədə çalışan, yol-patrul xidməti aparmaq səlahiyyəti olmayan polis zabitləri – "kabinet işçiləri”, həmçinin, təqaüddə olan sabiq DYP əməkdaşı da həmin reydlərə cəlb olunurmuş.

Bu proses 2017-ci ilin mart ayına qədər davam edib. 2017-ci ilin mart ayının əvvəllərində isə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin əməkdaşları qeyd olunan pozuntuları aşkar edərək, təhqiqata başlayıblar.

Aparılan təhqiqatların nəticəsi olaraq, əmrlərin icraçısı olan 7 əməkdaş daxili işlər orqanlarından xaric edilib. Onlar arasında iki zabit vəbir nəfər polkovnik-leytenant rütbəli (Bəhram Mədətov) şəxs də var.

Bu qanun pozuntularında bir başa məsuliyyət daşıyan şöbənin rəisi, polkovnik-leytenant Firdovsi Yusifov isəhələ öz vəzifəsində qalır. Bu məqam isə işdən çıxarılan polis əməkdaşlarının narazılığına səbəb olub. Onlar qanun pozuntularını məhz rəisin göstərişi vətələbi ilə həyata keçirdiklərini bildirirlər.

Son məlumatlara görə, artıq rəis Firdovsi Yusifovun barəsində yoxlamalar aparılır, onun yaxın günlərdə postuyla vidalaşacağı gözlənilir.

Məsələ ilə bağlı əlavə materiallar olacaq.(bakipost)





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}