Nazir universitetə prorektor təyin edib - Əmr
Tarix: 04-05-2017 12:32 | Bölmə: Xəbərlər


Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub.

Bu barədə Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, Azər İmanquliyev universitetin xarici əlaqələr üzrə prorektoru təyin edilib.

Qeyd edək ki, 31 yaşlı prorektor dövlət proqramı xətti ilə Böyük Britaniyanın Kardif Universitetində doktorantura təhsili alıb. Fəlsəfə doktorudur.

O, bakalavriat təhsilini Qafqaz Univeristetində alıb. Prorektor təyin olunmamışdan öncə universitetdə baş müəllim işləyib.

 





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}