17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Tibb müəssisələri gücləndirilmiş rejimə keçir - Səbəb
Tarix: 04-05-2017 18:32 | Bölmə: Xəbərlər


Mayın 12-dən 22-dək keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Səhiyyə Nazirliyində Qərargah yaradılıb.

Reyting.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Qərargahın yaradılmasında məqsəd iştirakçı idmançılara və qonaqlara 24 saat fasiləsiz lazımi tibbi xidmətlərin vaxtında göstərilməsini təmin etmək və bu müddət ərzində yarana biləcək hər hansı halı operativ həll etməkdir.

Oyunlar zamanı Bakıya gələcək qonaqlar üçün səhiyyə məsələləri ilə bağlı məlumat hazırlanıb və IV İslam Həmrəyliyi Oyunlarının rəsmi internet səhifəsində yerləşdirilib.

Oyunlar zamanı istər idmançılar, ölkəyə gəlmiş qonaqlar, istərsə də əhalinin ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsi ilə bağlı bütün tibb müəssisələrində gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsi üçün zəruri şərait yaradılıb.

 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}