Sahibkarların işi asanlaşıb - Yenilik
Tarix: 12-05-2017 11:38 | Bölmə: Xəbərlər


Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatların səmərəliliyinin artırılması və özəl sektorun inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər həm də sahibkarların işinin asanlaşdırılmasına xidmət edir. Bu baxımdan sahibkarların elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi istiqamətində qəbul olunan qərarları xüsusi ilə qeyd etmək lazımdır. 

Azərbaycan Respublikası Prezidentinin 4 Aprel 2017-ci il tarixli Fərmanı ilə"Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq olunması da bu baxımdan mühüməhəmiyyət daşıyır.

Bu qaydaları şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Ramil Hüseyn bildirib ki, sahibkarların elektrik enerjisi şəbəkələrinə daha rahat qoşulması üçün prosedura vətələblərin müəyyənləşdirilməsi sözügedən subyektlərin fəaliyyətini asanlaşdıracaq:

"Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilətəsdiq edilən "Azərbaycan Respublikasında kiçik vəorta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə yer alan tədbirlərdən biri kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin müvafiq kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi ilə bağlı idi. Bu tədbirə əsasən KOS subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması prosedurlarının sadələşdirilməsi, o cümlədən texniki şərtlərin verilmə qaydalarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək və bu prosesin tam elektronlaşdırılması üçün tədbirlər sürətləndiriləcək”.

Ramil Hüseynin sözlərinə görə, imzalanan Fərman sahibkarların elektrik enerjisinə daha rahat əlçatanlığını təmin etməklə yanaşı Strateji Yol Xəritəsində qeyd edilən tədbirin reallaşmasına xidmət göstərəcək:

"Fərmanda aydın şəkildə sahibkarın tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulmasını üç mərhələ olmaqla 24 gündən gec olmayaraq təmin olunması əksini tapmışdır. Fərmanın əsas özəlliklərindən biri qeyd olunan tələblərə uyğun texniki sənədin ASAN Kommunal mərkəzlərində verilməsidir. Birinci mərhələ mahiyyət etibarı ilə sahibkarın müraciəti əsasında mərkəz tərəfindən texniki şərtlərin və layihə smeta sənədlərinin hazırlanaraq sifarişçiyə təqdim edilməsi, ikinci mərhələ layihə smeta sənədlərinin dəyərini ödəməklə, tikinti- quraşdırma işlərinin aparılması, o cümlədən tikinti obyektinin elektrik təchizatı şəbəkəsinə fiziki qoşulmasını özündə ehtiva edir. Sonuncu mərhələ isə hazır tikinti obyektinə elektrik enerjisinin verilməsindən ibarətdir”.

Prezidentin Fərmanında qeyd olunan müvafiq sənədlərə toxunan R.Hüseyn "Dövlət başçısının Fərmanında xüsusi olaraq vurğulanıb ki, Fərmanda nəzərdə tutulmayan məlumatlar və sənədlər sahibkarlardan tələb edilə bilməz. Habelə, enerji təchizatı müəssisəsi sahibkarların kommunal mərkəzlərlə verdikləri məlumatı qeydiyyata alır və hər hansı çatışmazlıq olduğu halda dərhal sahibkara məlumat verilir. Bundan əlavə, sahibkarların fəaliyyətini asanlaşdıran daha bir məsələ qeyd olunan bütün prosedurların elektron qaydada yerinəyetirilməsinin mümkün olmasıdır. Sahibkarlar tələb olunan sənədləri elektron formada göndərə, o cümlədən digər prosedur və ya mərhələləri elektron qaydada həyata keçirə bilər”, - deyib.

İİTKM-nin eksperti aparılan islahatın Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinə təsir edə biləcəyi qənaətindədir: "Beynəlxalq hesabatlarda, xüsusilə "Doing Business” hesabatında sahibkarların elektrik enerjisinə əlçatanlığı iləbağlı ayrıca indikator mövcuddur. İndikator ölkədə elektrik enerjisinə qoşulmaya sərf olunan zaman, tələb olunan sənəd və çəkilən xərcə uyğun olaraq ölkənin mövqeyini formalaşdırır. Sözügedən sahə ilə bağlı aparılan son islahatın ölkəmizin mövqeyinə müsbət təsir edəcəyi gözlənilir”.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}