07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Dekan müavini tələbəni həbs etdirmək istəyir - Səbəb
Tarix: 18-05-2017 15:39 | Bölmə: Xəbərlər
Dekan müavini tələbəni həbs etdirmək istəyir
Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayəti Yasamal Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatına qəbul edilib.
Vəkil Elçin Sadıqovun sözlərinə görə, tələbə Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilir. Tələbəni 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, Z.Mirağayev bir müddət əvvəl mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}