Milli Məclis 41 məsələni müzakirəyə çıxaracaq – Siyahı
Tarix: 23-05-2017 11:12 | Bölmə: Xəbərlər


Milli Məclisin yaz sessiyasının sonuncu iclası mayın 31-də keçiriləcək.

Bu barədə məlumat verən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib ki, parlamentin növbəti iclasının gündəliyinə 41 məsələ daxil edilib.

Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

"Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi;

"Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi (3-cü oxunuşda);

"Diplomatik xidmət haqqında” qanuna dəyişiklik;

"Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” qanuna dəyişiklik;

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” yeni qanun layihəsi;

"Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanuna dəyişiklik;

"Vətəndaşlıq haqında” qanuna dəyişiklik;

Cəzaların icrası Məcəlləsinə dəyişiklik;

"Veteranlar haqqında” qanuna dəyişiklik;

"Büdcə sistemi haqqında” qanuna dəyişiklik;

"Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik;

"Publik hüquqi şəxslər haqqında” qanuna dəyişiklik;

Cinayət Məcəlləsində dəyişiklik;

Əmək Məcəlləsində dəyişiklik;

"İşsizlikdən sığorta haqqında” qanun layihəsi (1-ci oxunuş).

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}