İnstitut və səhiyyə şöbəsində yoxlama aparılıb
Tarix: 12-06-2017 13:16 | Bölmə: Xəbərlər

Hesablama Palatasının bu gün keçirilən Kollegiya iclasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, o cümlədən Sumqayıt şəhər Səhiyyə Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair yoxlama materialları müzakirə olunub.

Reyting.az-ın məlumatına görə, Kollegiyaya dəvət olunmuş Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev, Sumqayıt şəhər Səhiyyə şöbəsinin mərkəzləşmiş mühasibatlığının baş mühasibinin iqtisadi məsələlər üzrə müavini İradə Məmmədova və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Texnologiyalar üzrə direktor müavini Rəşid Ələkbərov, baş mühasib Leyla Quliyeva müzakirələrdə iştirak edib, Kollegiya üzvlərinin suallarını cavablandırıblar.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə olkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası ilə bağlı Hesablama Palatasında görüləcək işlər haqqında müzakirələr aparılıb.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}