Təhsil Nazirliyi ictimaiyyətə müraciət edib – Səbəb
Tarix: 12-06-2017 13:27 | Bölmə: Xəbərlər

Təhsil Nazirliyi "Məktəbəqədər təhsilin kurikulumu” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.

Sənəd "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrəDövlət Strategiyası”nın həyata keçirilməsi iləbağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

Reyting.az saytı Təhsil Nazirliyinə istinadla xəbər verir ki, ictimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının "Sənədlər” bölməsində(http://edu.gov.az/upload/file/mektebeqeder/mektebeqder-tehsilin-kurikulumu-layihe.pdf) həmin sənədlə tanış ola bilərlər.

Rəy, təklif və iradları layihe@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək mümkündür.

Təhsil Nazirliyi "Məktəbəqədər təhsilin kurikulumu” sənədinin təkmilləşdirilməsində geniş ictimaiyyəti fəal olmağa dəvət edir.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}