Qəzetlər üçün növbəti müsabiqə elan edilib
Tarix: 13-06-2017 09:15 | Bölmə: Xəbərlər


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2017-ci ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq Fondun MüşahidəŞurasının rəyiəsasında 19 istiqamət üzrəKİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb.

Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:

Müsabiqə elan edilən günədək son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.

Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:

– Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması iləəlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;

– Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşən qəzetlər;

– Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”dan çıxarılan qəzetlər (1 il müddətində);

– Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində);

– barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;

– əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;

– təsisçisi dini qurumlar və dini icmalar olanlar;

– xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;

– xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;

– təsisçiləri dövlət orqanları olanlar.

Maliyyə yardımının şərtləri aşağıdakılardır:

– layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;

– ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.

Hər layihə üçün maksimum məbləğ 60 min manat müəyyən edilib.

Hər KİV bir layihə təqdim edə bilər.

Sənədlər 2017-ci il iyun ayının 13-dən 29-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.

Sənədlər Fonda şəxsən təqdim edilməlidir.

Müsabiqə ilə bağlı əlavə məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən əldə etmək mümkündür.

Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}