Qonaqlar ölkəmizdəki mərkəzlə tanış olublar - Fotolar
Tarix: 13-06-2017 15:03 | Bölmə: Xəbərlər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Şərq Tərəfdaşlığı üzrə Estoniya Mərkəzinin nümayəndə heyətini "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış edib.

Reyting.az-a verilən məlumata görə, tanışlıq turunda Vüsal Qasımlı İxraca Dəstək Mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növlərinə dair geniş məlumat verib. O bildirib ki, belə bir Mərkəzin yaradılması bir yenilikdir. "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə sahibkarlar daha az resurs sərf etməklə ixrac proseduralarını daha sürətlə həyata keçirəcəklər.

Daha sonra müzakirələrdə "Asan İmza” mobil elektron imza xidmətinin operatoru "B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri Yana Krimpe Azərbaycanda yeni tətbiq olunan "Asan İmza” texnologiyasının başlıca üstünlüklərindən danışıb.

Şərq Tərəfdaşlığı üzrə Estoniya Mərkəzinin direktoru Yan Reinhold isə öz növbəsində qeyd edib ki, Azexport portalının yaradılması və Rəqəmsal Ticarət Qovşağının tətbiqi Azərbaycan üçün yaxşı bir nümunədir.

Yan Reinhold əlavə edib ki, Şərq Tərəfdaşlığı üzrə Estoniya Mərkəzi Rəqəmsal Ticarət Qovşağının tətbiqi çərçivəsində əməkdaşlıqda maraqlıdır. Bu istiqamətdə müzakirələrin davam etdirilməsi və görülən işlərlə daha yaxında tanış olmaq üçün işçi səviyyədə görüşlər davam etdiriləcək.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}