Polis rəisinə yeni vəzifə verilib - Təyinat
Tarix: 18-06-2017 15:21 | Bölmə: Xəbərlər


Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Şaiq Ağayev tutduğu vəzifədən azad edilib.

Reyting.az Report-a istinadən xəbər verir ki, Ş. Ağayev Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu vəzifələrə qədər Füzuli, Cəbrayıl və Biləsuvar rayonlarının dövlət yol polisi bölmələrinin rəisi vəzifələrində çalışıb.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}