İQAK sədri DTX-da monitorinq keçirib
Tarix: 20-06-2017 16:31 | Bölmə: Xəbərlər


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri və səlahiyyətli şəxsi Elşad Həmidov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında geniş monitorinq keçirib.

İQAK-dan Reyting.az-a verilən məlumata görə, bu gün reallaşan monitorinq zamanı Elşad Həmidov DTX təcridxanasının mətbəxinə, ərzaq anbarına, camaşırxanasına baxış keçirib.

"Verilən yeməklər yüksək keyfiyyətlidir, ərzaq məhsulları təzədir, ərzaqlar soyuducuda saxlanılır. Camaşırxana müasir avadanlıqlarla təhciz olunub, hər bir yerdə təmizlik və səliqə-səhman hökm sürür”,- deyə Komitənin məlumatında bildirilir.

Elşad Həmidov təcridxanada saxlanılan təqsirləndirilən şəxslərlə də görüşüb, onların saxlanma şəraitləri ilə yaxından tanış olub:

"Təqsirləndirilən şəxslər buradan heç bir şikayət və narazılıqlarının olmadıqlarını bildirdilər”.

Monitorinq zamanı Elşad Həmidovu komitənin mətbuat katibi Telman Mirzəyev müşaiyət edib.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}