17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Ermənistan uşaqlara qarşı zorakılıqdan çəkinmir” - Bəyanat
Tarix: 06-07-2017 17:19 | Bölmə: Xəbərlər

"Ermənistan silahlı qüvvələrinin son təxribatı nəticəsində Quliyeva Sahibə İdris qızı və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızının öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Ermənistan öz terrorçu mövqeyinin nümayişindən çəkinmir, günahsız insanların, ələlxüsus uşaqların qanını tökməkdə davam edir”.

Reyting.az saytının məlumatına görə, bu sözlər "Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyinin bəyənatında yer alıb.

Bəyanatda qeyd edilir ki, Ermənistanın əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüquqa, insan haqlarına vəfundamental azadlıqlara açıq həqarətdir, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinə zərbədir:

"Azyaşlı uşağın partlayıcı qurğu ilə qətlə yetirilməsi birbaşa terror əməlidir.

Ermənistan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı ratifikasiya edib, lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir”.

 






Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}