14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb
Tarix: 08-07-2017 15:19 | Bölmə: Xəbərlər


İyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in saytından "İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə "Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}