Komitə əməkdaşları terrorçuları lənətləyir - İclas
Tarix: 10-07-2017 13:33 | Bölmə: Xəbərlər


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin növbəti geniş tərkibli iclası keçirilib.

Komitədən Reyting.az-a verilən məlumata görə, iclasda İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri və səlahiyyətli şəxsi Elşad Həmidov, komitənin təsisçisi Pərviz Deyistani, komitənin digər məsul şəxsləri -Telman Mirzəyev, Vidadi Qurbanov, AğakərimƏzimov, Dilafət Xəlilov, Süleyman Süleymanov, İqbal Mirzəyev, Azad Azayev, Gülnara Həmidova, Fərhad Məmmədov, İxtiyar Məmmədov, Tariyel Quliyev, Rəfael Quliyev, Rafiq Lətifov, Gürşad Rəhimov, Teymur Qəniyev, Nazim İmanov, Babək Ədalətli, Bəhmən İmanov, Ramin Hüseynov, Elvin Mirzəyev, Emil Səttarov, Tehran Qarayev, Nazim Qurbanov, Rauf Sultanov, Telman Allahverdiyev və başqaları iştirak ediblər.

İclasda çıxış edən Elşad Həmidov, son günlər erməni separatçılarının növbəti terror fəaliyyətini pisləyərək Füzuli rayonu Alıxanlı kəndində günahsız dinc sakinlərin, o cümlədən biri qadın, digəri isə 2 yaşlı körpə olmaqla 2 nəfərin qətlə yetirmələrini kəskin tənqid edib. O, terror aktını Xocalı faciəsinin davamı adlandırıb.

Komitənin digər əməkdaşları da terror aktını pisləyiblər.

Sonra komitə üzvləri cari məsələləri geniş müzakirə edib, bir neçə vacib məsələ barədə fikir mübadiləsi aparıblar. 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}